"Ticarətə Hazır" layihəsinin ikinci hissəsi başa çatıb

2020.08.20 12:26 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalının “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır: e-Logistics” layihəsi çərçivəsində avqustun 4–dən 14-dək keçirilən təlimlər yekunlaşıb.

İİTKM-dən bildirilib ki, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimə ümumilikdə 150-dən artıq sahibkar qatıldığını deyib.
İngilis dilində tədris olunan təlimlər sinxron olaraq Azərbaycan dilinə də tərcümə olunub. Təlim ərəfəsində iştirakçılara logistika əməliyyatları, logistika infkrastrukturu, COVID-19 dövründə logistikanın təşkili, həmçinin beynəlxalq logistikanın sinifləndirilməsinə dair geniş məlumatlar təqdim olunub.
Qeyd edək ki, təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 39 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.