Yanvar-iyun aylarında idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin eyni dövründə mühüm məhsul növlərindən təzə meyvə idxalı 15 faiz, bitki yağları 10,1 faiz, xam şəkər və şəkər 11 faiz, kərə yağı, digər süd yağları və pastaları 34,5 faiz, çay 10 faiz, mal əti 29,4 faiz, quş əti və onun əlavə məhsulları 2,1 faiz, təzə tərəvəz 26,4 faiz, minik avtomobilləri 29,2 faiz, dərman vasitələri 1,7 dəfə, polad prokatı 10,5 faiz, qara metallardan çubuqlar 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 23,1 faiz, məişət soyuducuları 39,2 faiz artıb. Hesabat dövründə buğda idxalı isə 37,8 faiz, kartof 0,8 faiz, siqaretlər 80,1 faiz, qara metallardan borular 13,5 faiz, mineral gübrələr 3,4 faiz, rezin şinlər 14,4 faiz, məişət kondisionerləri 24,7 faiz, mebellər 23,2 faiz, yük avtomobilləri 15,6 faiz, polietilen 14,8 faiz, paltaryuyan maşınlar 4,8 faiz, qara metallardan künclüklər 7 faiz, avtobuslar 24,8 faiz, sement və sement klinkerləri 92,1 faiz azalıb.
Yanvar-iyun aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,3 faiz, kartof 32 faiz, meyvə və tərəvəz şirələri 3,8 faiz, bitki yağları 1,8 dəfə, çay 0,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 52,1 faiz, polietilen 39,8 faiz, qara metallardan borular 1,8 dəfə, bentonit gili 5,2 faiz artıb, təzə meyvə ixracı isə 24,5 faiz, şəkər 25,9 faiz, tütün 25,9 faiz, meyvə və tərəvəz konservləri 0,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu 52,2 faiz, pambıq lifi 18,4 faiz, pambıq ipliyi 22 faiz, emal olunmamış alüminium 5,8 faiz azalıb.