İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

2020.08.19 17:10 (UTC+04:00)

Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişlərini açıqlayıb.

BFB-dən bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 17-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 17-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 880.07 manat təşkil edir. Növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 880.07 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 880.07 manat olması nəzərə alınmalıdır.