Avqustun 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 50100883S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 (6.26 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 468 milyon 97 min 300 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar sentyabrın 16-da ödəniləcək.