Xarici müəssisələr əsas kapitala 2895,8 milyon manat vəsait yönəldiblər

2020.08.19 14:30 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 milyon manatı (87,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 8 faizini cari təmir, 19,2 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 84,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.