Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.08.18 19:14 (UTC+04:00)

Avqustun 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106016782 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 90.3179 manat (13.0000 faiz) və 101.0382 manat (8.6000 faiz) olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.000 manat (9.0000 faiz), orta ölçülmüş qiyməti 100.6942 manat (8.7320 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 795 min manat, yerləşdirilmiş həcmi isə 18 milyon 968 milyon 100 manat olub. İstiqrazlar 2023-cü il avqustun 15-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 19-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.