"İqtisadi zona" proqramının 10 fevral 2019-cu il tarixli buraxılışı Video

2019.02.13 17:03 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının vergi işçilərinin peşə bayramı ərəfəsində efirə getmiş növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, ölkə Prezidentinin sərəncamı ilə minimum aylıq əməkhaqqının artırılması və əmanətlərin tam sığortalanması müddətinin daha bir il uzadılması, sosial mənzilləri əldə edə bilmək üçün İpoteka Fondunun açıqlaması, eləcə də vergi xidməti işçilərinin peşə bayramı barədə süjetlər yer alıb.

Proqramın qonağı - Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov peşə bayramı ərəfəsində vergi sahəsində qarşıya qoyulmuş hədəflərə nə dərəcədə nail olunduğu barədə düşüncələrini bölüşür.