Dövlət vəsaitləri hesabına malları (işləri və xidmətləri) satın alan təşkilatların nəzərinə!

2020.08.18 16:33 (UTC+04:00)

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili məqsədilə satınalan təşkilat “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən satınalma planını təsdiq etməli, dövlət satınalmalarının vahid internet portalında həmin planı yerləşdirməli, satınalma predmetinin ehtimal olunan qiymətini hesablamalı, tender komissiyasını formalaşdırmalı, tenderin elanını və əsas şərtlər toplusunu hazırlamalı, tender komissiyası tərəfindən tenderin elanı və əsas şərtlər toplusu təsdiq edildikdən sonra həmin elanı rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az) yerləşdirməlidir.

Satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən malgöndərənlərdən (podratçılardan) daxil olan tender təklifləri “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu sözügedən Qanunun 37.5-ci maddəsinə əsasən onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır.

Satınalan təşkilatlardan daxil olan yekun protokolların təhlili zamanı aşkar olunan pozuntu və nöqsanların nəticəsi olaraq yekun protokolların yenidən tərtib olunmasına və ya ümumiyyətlə satınalmaların nəticələrinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilməsinə zərurət yaranır.

Göstərilənləri nəzərə alaraq dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində