Metallurgiya sənayesində 2,1 dəfə artım olub

2020.08.18 14:28 (UTC+04:00)

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyul aylarında 379,1 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddət ərzində metallurgiya sənayesində 2,1 dəfə artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 0,5 faiz azalma müşahidə olunub.

Yanvar-iyul aylarında sahə üzrə 19 min 120,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.