Vergilər Nazirliyinin sosial çarxı Gürcüstanda da məşhurlaşıb Video

2019.02.13 12:18 (UTC+04:00)

Vergilər Nazirliyinin "Qayğıkeş dövlət naminə" şüarı ilə ötən ilin payızında ictimaiyyətə təqdim etdiyi və qısa müddətdə geniş populyarlıq qazanmış sosial çarx Gürcüstanda da məşhurlaşıb. 3 ay əvvəl "Facebook" sosial şəbəkəsindəki "Georgian Coubs" səhifəsində paylaşılan çarxı artıq bir milyondan çox izləyici görüb, 32.398 nəfər paylaşıb. 15 min bəyənməsi olan videoya 521 nəfər şərh yazıb.