Avqustun 5-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 708,97 milyon manat təşkil edib.
AMB-dən verilən xəbərə görə, bu göstərici iyulun 15-i ilə müqayisədə 1,02 milyon manat çoxdur.
Qeyd edək ki, iyulun 15-də AMB-nin dövriyyədə olan notlarının dəyəri 707,95 milyon manat olub.