Yeddi ayda 9,4 min ton meşə fındığı ixrac olunub

2020.08.17 17:48 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 9,4 min ton meşə fındığı ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən meşə fındığının dəyəri 57,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yeddi ayında dəyəri 72 milyon dollar olmaqla 13,1 min ton meşə fındığı ixrac edilib.