Pandemiyadan zərər çəkmiş fərdi sahibkarlara 12,3 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

2020.08.17 16:30 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, avqustun 13-nə 2-ci mərhələ çərçivəsində 49 min 329 fərdi (mikro) sahibkara maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, fərdi (mikro) sahibkarlara 12 milyon 332,3 min manat vəsait ödənilib.