Prezident Sooronbay Jeenbekovun imzaladığı sərəncamla təsdiqlənmiş dəyişiklikdə Vergi Məcəlləsinin 301-ci maddəsinin (Bonusdan vergi ödəyiciləri) yeni redaksiyada verilməsi nəzərdə tutulur.
Yeni qanuna əsasən, yaşayış məntəqələrinin, eləcə də heyvandarlıq, bitkiçilik və balıqçılıq sahəsində kənd təsərrüfatı istehsalçılarının su ilə təmin edilməsi üçün yeraltı suların götürülməsi və istifadə edilməsi üzrə ixtisaslaşdırılmış su təchizatı müəssisələri istisna olunmaqla, yeraltı sərvətlərdən istifadə hüququ olan yerli müəssisələr, Qırğızıstan Respublikasında daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən xarici müəssisələr, eləcə də fərdi sahibkarlar bonusdan vergi ödəyiciləri hesab edilirlər.
Qanun nəşr ediləndən sonra 6 ay ərzində - gələn ilin əvvəlində qüvvəyə minəcək.