Yanvar-iyul aylarında Azərbaycanda 15 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2020.08.17 12:43 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 15 milyard 31,9 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 5 milyard 900,7 milyon dolları idxalın, 9 milyard 131,1 milyon dolları isə ixracın payına düşüb.