Muzdla çalışan işçilərin əməkhaqqı artıb

2020.08.15 17:01 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3571 manat, qeyri neft-qaz sektorunda 657,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 627 manat, özəl müəssisələrdə isə 839,8 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.