Altı ayda 1,4 milyard dollarlıq təbii qaz ixrac olunub

2020.08.15 16:18 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-iyun aylarında ölkədən 6 milyard 656,2 milyon kubmetr təbii qaz ixrac edilib. Altı ayda ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 457,5 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.