Yeddi ayda vergi daxilolmaları artıqlaması ilə icra olunub

2020.08.15 14:58 (UTC+04:00)

Yanvar-iyul aylarında vergi daxilolmaları 103,5 faiz icra olunub.

Bu sözləri avqustun 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirilib ki, sosial sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz tapşırıqları isə 113,2 faiz icra edilib. Baş verən artımın əsas səbəblərindən biri aparılan şəffaflaşma siyasətidir.