İlin birinci yarısında ölkədə 84,8 min yeni iş yerləri açılıb

2020.08.15 14:02 (UTC+04:00)

Cari ilin birinci yarısında ölkədə 84,8 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 44,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 71,8 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 27,4 faizi digər regionların, o cümlədən 8,2 faizi Aran, 6,6 faizi Lənkəran, 4,2 faizi Gəncə-Qazax, 2,2 faizi Dağlıq Şirvan, 2 faizi Abşeron, 1,8 faizi Yuxarı Qarabağ, 1,3 faizi Şəki-Zaqatala, 0,9 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 4,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 76 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 42,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 20,2 faizi tikinti, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 faizi emal sənayesi, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 10,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır. Bununla yanaşı, altı ayda ölkədə 5,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 61,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 42,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 57,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.