Azərbaycanda əhalinin nominal gəlirləri artıb

2020.08.15 11:26 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri 32 milyard 144,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,7 faiz bəndi üstələyib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 28 milyard 992,6 milyon manatlıq vəsait qalıb.