2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
Xidmətdən Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisi tərəfindən "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbzin alınmaması faktları aşkar edilib.