Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla 3 milyard 349 milyon manat vəsait ödənilib.