Almaniyada əhalinin gəlir vergisinə yenidən baxılır

2020.08.11 18:25 (UTC+04:00)

İyulun sonunda Almaniyanın Federal Kabineti vergilərə dair qanun layihəsini təsdiqləyib. Layihədə daha çox maraq doğuran məsələlərdən biri də əhalidən tutulan gəlir vergisinin dərəcəsinin aşağı salınmasıdır. Dəyişiklik paketində gəlir vergisindən azadolma məbləğinin 2021-ci ildə 9408 avrodan 9696 avroya, 2022-ci ildə isə 9984 avroya qaldırılması nəzərdə tutulur. Bundan əlavə, 2021-ci və 2022-ci illərdə əhalidən tutulan gəlir vergisinin dərəcəsi əməkhaqqının inflyasiyaya müqavimətini gücləndirmək məqsədilə artırılacaq. Artımın səviyyəsi isə 2020-ci ilin payızında nəşr olunacaq hesabatda göstərilən nəticələrə əsaslanacaq. Uşaqlar üçün nəzərdə tutulan vergi güzəştinin məbləği də gələn il 7812 avrodan 8388 avroya qaldırılacaq.