Prezident İlham Əliyev "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

2020.08.10 14:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.