Riskli vergi ödəyicisi: qanunvericilik və meyarlar

2020.08.12 13:30 (UTC+04:00)

Vergi ödəyicisinin riskli hesab edilməsi üçün aşağıda göstərilən meyarlardan birinin aşkar edilməsi kifayətdir:

1. Vergi ödəyicisi riskli əməliyyatları aparan şəxs olduqda;

Qərara əsasən, riskli əməliyyat dedikdə, aşağıdakı iki növ əməliyyat nəzərdə tutulur:

Bu meyarda söhbət malları qeyri-rəsmi şəkildə alan vergi ödəyicilərindən gedir. Yəni aldığımız hər malın arxasında elektron-qaimə və ya yük-gömrük bəyannaməsi, qabaqcadan sifariş edilməmiş mallar üçün isə malların təhvil-qəbul aktı durmalıdır. Vergi Məcəlləsinin 58.8.2 maddəsinə əsasən, bu sənədlər olmadıqda alıcıya alınmış malların dəyərinin 10 faizdən 40 faizinə kimi maliyyə sanksiyası tədbiq edilə bilər. Aydındır ki, yoxlama zamanı vergi ödəyicisinə məxsus anbarlarda əlində olduğu sənədlərdə göstərilən həcmdən artıq mal aşkar edildikdə və ya təqdim etdiyi mal həcmi onun sənədlər əsasında aldığı mal həcmindən artıq olduqda, vergi orqanlarında bu vergi ödəyicisinin qeyri-rəsmi şəkildə mal əldə etdiyi barədə əsaslı şübhə yaranır. Buna görə də həmin vergi ödəyicisi riskli kateqoriyaya aid ediləcək.

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

Əmtəəsiz əməliyyat dedikdə, "vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyat" (VM, maddə 13.2.81) başa düşülür. Məsələn, tutaq ki, "A" şirkəti 10.000 AZN məbləğində Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalardan artıq ezamiyyə xərcini tanımaq üçün "B" şirkətinin müdirinə onlara bu məbləğdə elektron qaimə-faktura təqdim etmək xahişi ilə müraciət edir. Nəticədə "A" şirkəti həmin xərci mənfəət-zərər bəyannaməsində göstərib mənfəət vergisini 2.000 AZN məbləğində azaldır. Bu isə onun qeyri-qanuni yolla əmtəəsiz əməliyyatdan əldə etdiyi mənfəət hesab olunur.

3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

Sözsüz ki, hər hansı şəxs 1 ton meyvənin alınması barədə müqavilə bağlayıb elektron qaimə-faktura təqdim edirsə, onun bu miqdarda meyvəni saxlamağa yararlı anbarı olmalıdır və Dövlət Vergi Xidmətinin bazasında bu anbar qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin dəfələrlə xəbərdarlıq etdiyinə baxmayaraq, anbarlarını qeydiyyatdan keçirməkdən boyun qaçırır, aldığı və ya istehsal etdiyi malları evlərində, zirzəmilərdə, qarajlarda gizli şəkildə saxlayırlar və bununla özlərini riskli vergi ödəyicisi vəziyyətinə salmış olurlar.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;

Bu meyar ən çox müzakirələrə səbəb olduğu üçün onun üzərində daha ətraflı dayanmaq lazımdır. Təsəvvür yarana bilər ki, bu meyar sahibkarın biznes fəaliyyətini məhdudlaşdırır, ona fəaliyyət koduna uyğun olmayan fəaliyyətlə məşğul olmağa imkan vermir. Lakin bu meyar vergi ödəyicisinə qadağa qoymaq məqsədilə yox, sadəcə, məşğul olduğu və ya məşğul olacağı fəaliyyət barədə Dövlət Vergi Xidmətinə vaxtında xəbər verməyi tövsiyə edir. Heç kəs demir ki, mobil telefon satıcısı olan biznes subyekti printer və sair texnika sata bilməz. Sadəcə, həmin subyekt satdığı mallar haqqında vergi orqanlarına məlumat verməlidir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;

Vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malların həcmi dövriyyəsindən (yəni gəlirlərindən) 3 dəfə az olması o məna verir ki, bu şəxs ölkəyə idxal etdiyi malları ya satmır, ya da qeyri-rəsmi qaydada satır. Hər iki halda bu vergi ödəyicisini vergi orqanlarının nəzarəti altında saxlamaq lazımdır.

6. Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;

7. Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

Bu meyarlar riskli kateqoriyasına aid edilmiş vergi ödəyicilərinin başqa şirkətlər yaradıb öz fəaliyyətini davam etdirməsinə qarşı bir sədd kimi nəzərdə tutulub.

8. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər;

Sözsüz ki, bir fiziki şəxsin beşdən artıq şirkətin direktoru olması kifayət qədər şübhəli haldır. Burada mənfəətin şirkətlər arasında bölünüb itirilməsi, ƏDV uçotuna durmaqdan yayınma və s. pozuntular üçün geniş imkanlar mövcuddur. Ona görə də bu cür şəxslər daim vergi orqanlarının diqqət mərkəzində olurlar.

Bəs vergi ödəyicisi riskli vergi ödəyicisi kateqoriyasına aid edildikdə hansı təhlükələrlə üzləşə bilər?

Əvvəla, riskli vergi ödəyicisi haqqında məlumatlar kommersiya sirri təşkil edən məlumatlar sırasında çıxarılıb. Bu vergi ödəyicilərinin siyahısı Dövlət Vergi Xidmətinin internet saytında ictimaiyyətə təqdim olunacaq, siyahı mütəmadi olaraq yenilənəcək, maraqlı olan hər kəs onlarla tanış olub kiminlə işləyib-işləməməsi barədə nəticə çıxara biləcək. Aydın məsələdir ki, heç kəs riskli vergi ödəyicisi olan şəxslə işləmək istəməz. Onu da nəzərə almaq lazımdır ki, riskli vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-faktura xərcləri təsdiq edən sənəd kimi qəbul edilməyəcək və siz həmin xərci gəlirdən çıxa bilməyəcəksiniz. Bu praktika riskli vergi ödəyicilərini tez bir zamanda iri sifarişlər edən hüquqi şəxslərdən və fərdi sahibkardan uzaqlaşdırıb, yalnız adi istehlakçılarla işləmək məcburiyyətində qoyacaq. Bu azmış kimi, riskli vergi ödəyicilərinə müəyyən dövr ərzində aparıla bilən səyyar vergi yoxlamalarının sayına qoyulan məhdudiyyətlərin aidiyyəti olmayacaq, operativ vergi nəzarəti orqanları daim onların "qapısını döyəcək". Bununla yanaşı, vergi orqanları riskli vergi ödəyicilərindən vergi öhdəliklərinin qanunvericilikdə nəzərdə tutulan vaxtdan tez ödənilməsini tələb edə bilər və həmin şəxslərə Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan vergi öhdəliklərinin yerinə yetirilməsinin müddətinin daha gec müddətə dəyişdirilməsi tətbiq oluna bilməz.

Göründüyü kimi, riskli vergi ödəyicisi kateqoriyasına düşmək vergi ödəyicisini xoşagəlməz sürprizlərlə üz-üzə qoyur. Bu aqibətdən qaçmaq üçün vergi ödəyicilərinə aşağıdakıları məsləhət görmək olar:

Fəxriyyə İKRAMQIZI