Xüsusi karantin rejimi dövründə 190 manatlıq birdəfəlik ödəmə alan 13 min nəfərin bu imkandan yararlanma hüququ ləğv edilib. Onlardan 3 min nəfərinin müxtəlif gəlir mənbələri aşkar edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ödəmə verilməsi dayandırılan qalan 10 min nəfərin sırasına iş yeri taparaq əmək müqaviləsi imzalayanlar daxildir: “Ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün birdəfəlik ödəmə verilməsi dayandırılıb. Digər tərəfdən SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcburi əmək müqaviləsi imzalamalı olublar. Bununla da 10 min nəfər əmək müqaviləsi bağladığından birdəfəlik ödəmə almaq hüququndan məhrum edilib".