Rusiya Federasiyasının Maliyyə Nazirliyi Niderland hökumətinə hazırda qüvvədə olan vergi sazişinə (bu saziş dövlətlər arasında ikiqat vergitutmanın qarşısının alınması məqsədini daşıyır) yenidən baxmağı və dividendlər üçün vergi dərəcəsini 15 faizə qaldırmağı təklif edib.
Bu barədə məlumatı beynəlxalq auditor-konsaltinq şirkəti KPMG yayıb və Rusiyanın Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən məlumatın doğru olduğu təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti Kipr, Malta və Lüksemburqa da analoji məzmunda müraciətlər göndərib və Kiprlə vergi sazişini ləğv edib.