Türkiyədə 115 adda emal edilmiş kənd təsərrüfatı məhsuluna əlavə gömrük vergisi tətbiq ediləcək

2020.08.10 13:39 (UTC+04:00)

Türkiyə Prezidentinin sərəncamına əsasən, Paraqvay çayı, tərkibində kakao olmayan şəkər məmulatları, tərkibində şokolad və kakao olan digər qida xammalları, makaron, çörək, tort, keks, peçenye və digər çörək məmulatları, taxıl və ya taxıl məhsullarının köpürdülməsi və qovrulması yolu ilə əldə olunan qida məhsulları, eləcə də pivə istehsalını əhatə edəcək 115 adda emal edilmiş kənd təsərrüfatı məhsulunun ixracına əlavə gömrük vergisi tətbiq ediləcək. Avropa İttifaqı üzvü olan ölkələr və Sərbəst Ticarət Sazişi imzalanmış ölkələr istisna edilməklə digər ölkələrdən ixrac edilən mallar üçün əlavə gömrük vergisinin dərəcəsi 4,3 faizlə 20 faiz arasında olacaq və sərəncam bu aydan qüvvəyə minəcək.

Bundan başqa, yerli iqtisadiyyatı dəstəkləmək məqsədilə sarımsaq, qoz, banan, çay, çərəz və yağ günəbaxanı idxalı sahəsində də vergi tənzimlənməsi təkmilləşdiriləcək.