Azərbaycanın vergi sistemi: dünən, bu gün, sabah

2019.02.13 10:22 (UTC+04:00)

Fərid İsmayılzadə, "GoldenPay" şirkətinin Müşahidə Şurasının üzvü

İqtisadiyyatın bir sıra sahələrinə tətbiq edilən vergi güzəştlərinin əsas məqsədi inzibatçılığı təkmilləşdirməkdir. Bunun üçün ən mühüm təminat vergidən yayınmanı azaltmaq, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi də daxil olmaqla vergitutma rejimini təkmilləşdirmək və vergi güzəştlərini optimallaşdırmaq yolu ilə iqtisadi səmərəni gücləndirməkdir.

Vergi siyasətindəki dəyişikliklərin əsas istiqamətləri "kölgə iqtisadiyyatı"nı aradan qaldırmağa yönəldilib. Son islahatlar ölkədə "qara" iqtisadiyyatın sonuna gətirib çıxaracaq. Əmək münasibətləri şəffaflaşacaq, məvaciblər təmiz veriləcək, ortaya qoyulan şərtlərlə vergidən yayınmamaq yayınmaqdan daha sərfəli olacaq. Xüsusilə nağdsız ödənişlərlə bağlı ciddi sıçrayış gözləyirik. Son illər bunu hiss edirdik, lakin bu il daha böyük nəticələrin əldə ediləcəyinə inanırıq. Bankların reklamları, təşkilatların nağdsız ödənişlərə marağı bunu əyani şəkildə əks etdirir. Sevindirici haldır ki, artıq vergilərdən iqtisadiyyatın düzgün aləti kimi istifadə olunmağa başlanılıb. İqtisadiyyatımız ciddi dəyişikliklər astanasındadır. Gələn il bu zaman gözəl nəticələri müzakirə edəcəyimizə inanıram.