Rusiyanın Dövlət Federal Statistika Xidmətinin məlumatına görə, vətəndaşlarının pul gəlirlərinin ümumi strukturunda sahibkarlıqdan əldə olunan gəlirlərin xüsusi çəkisi bu ilin ikinci rübündə 3,5 faizə qədər azalıb ki, bu da 2000-ci ildən bəri ən aşağı rüblük göstəricidir.
Qeyd edək ki, sahibkarlıq gəlirinə fərdi sahibkarların muzdlu əməyə görə aldıqları haqq, mənzillərin və digər əmlak növlərinin icarə haqqı, müəllif haqqı, direktor bonusları və s. daxildir.
Ümumilikdə, aprel-iyun ayları üzrə pandemiyanın yaratdığı böhranın ən böyük zərbəsinə məruz qalan birdəfəlik real gəlirlər illik ifadədə 8 faiz azalıb ki, bu da 1999-cu ildən bəri rekord göstəricidir.