Dövlət Neft Fondu bu il “Şahdəniz” yatağı üzrə 215,5 milyon dollar gəlir əldə edib

2020.08.06 16:28 (UTC+04:00)

İlin əvvəlindən avqust 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 215,5 milyon dollar olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-iyul aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 149 milyon dollar təşkil edib.