Neftin qiyməti bahalaşıb

2020.08.06 11:03 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 45,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,22 dollar artaraq 42,41 dollar təşkil edib.