Səudiyyə Ərəbistanının Vergi Agentliyi vergi ödəyicilərinə biznes tərəfdaşlığı etdikləri şəxslərin yeni əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyata alınıb-alınmadıqlarını dəqiqləşdirməyə imkan yaradan xüsusi mobil proqram təminatını istifadəyə verib. Həm "Apple" əlavələri mağazasından, həm də "Google market" dən əldə edilməsi mümkün olan bu mobil proqram ayrı-ayrı şəxslərə və müəssisələrə ƏDV üçün qeydiyyata alınmış müəssisələrlə əməkdaşlıq etməyə kömək üçün yaradılıb. Bu xidmətdən istifadə üçün vergi ödəyiciləri ƏDV qeydiyyatı şəhadətnaməsindəki ştrix-kodu skan edə və ya hesab-fakturada göstərilmiş 15 rəqəmli ƏDV identifikasiya nömrəsini proqrama daxil edə bilərlər. Proqram təminatına hesab üzrə əmələ gəlmiş ƏDV-nin məbləğini düzgün hesablamaqda vergi ödəyicilərinə kömək etmək üçün kalkulyator funksiyası da daxil olunub.