Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2020.08.06 09:58 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Mərkəzi Bankdan verilən məlumata görə, AMB-nın valyuta ehtiyatları avqustun 1-nə 6 milyard 468,7 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 32,4 milyon dollar çoxdur.