Avqustun 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105014788 ISIN-li, 20 milyon AZN həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 95.6438 AZN (11.4999 faiz) və 100.4500 (8.7498 faiz) olan 20 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.1077 (8.9400 faiz), orta ölçülmüş qiyməti 100.1384 (8.9229 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 94 min 100 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon AZN təşkil edib. İstiqrazlar 2022-ci il avqustun 2-də ödəniləcək.
Hərrac iştirakçıları avqustun 5-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.