Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6,75 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi 7,25 faiz səviyyəsində saxlanılıb.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qərar iyulun 30-da qüvvəyə minir.