"Ani ödənişlər sistemi" ilin sonunadək istifadəyə veriləcək

2020.07.30 13:22 (UTC+04:00)

Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” cari ilin sonunadək istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, ilkin mərhələ avqustda təqdim olunacaq, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.