Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard dollardır

2020.07.30 13:18 (UTC+04:00)

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard ABŞ dolları təşkil edir.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb.