Böyük Britaniya hökuməti radikal dəyişikliklərlə müşayiət olunacaq pensiya islahatı üzərində iş aparır. İslahat çərçivəsində 40 yaşdan yuxarı vətəndaşların gənclərlə müqayisədə daha çox vergi ödəməsi nəzərdə tutulur. Hökumətin planı bunun sayəsində milli səhiyyə sistemi və yaşlı insanlara qulluq edilməsi sahəsindəki problemləri yoluna qoymaqdır. Ölkə əhalisinin əksər hissəsini qocalar təşkil etdiyinə görə bu sahələrdə böhran getdikcə dərinləşir.
Britaniyanın 40 yaşdan yuxarı vətəndaşlarını gələcəyə "hazırlamağın" daha bir variantı kimi sosial sığorta fondlarına köçürmələrin artırılması da nəzərdən keçirilir. Bu islahatın təşəbbüskarı olan səhiyyə və sosial təminat naziri Mett Henkok öz ölkəsinin pensiya sisteminin Yaponiya və Almaniyanın pensiya sistemlərinə uyğunlaşdırılmasını daha məqsədəuyğun sayır.