Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.07.29 16:28 (UTC+04:00)

İyulun 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100583S dövlət qeydiyyat nömrəli, 200 milyon AZN həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 99.4966 AZN (6.51 faiz) və 99,4589 (6.99 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 623 milyon 645 min 400 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar avqustun 26-da ödəniləcək.