Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib

2020.07.29 15:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.