Rusiya subyektlərinin büdcələrinə vergi daxilolmaları azalacaq

2020.08.05 14:35 (UTC+04:00)

"Moody`s" beynəlxalq reytinq agentliyinin mətbuat xidmətinin yaydığı açıqlamaya əsasən, 2020-ci ildə Rusiya Federasiyası subyektlərinin büdcələrinə vergi daxilolmaları 4-5 faiz azalacaq. "Biz gözləyirik ki, regional büdcələrin milli valyuta ilə daxilolmaları 4-5 faiz (təxminən 5,5 milyard avro) azalacaq. Regionların gəlirlərində mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi və əmlak vergisi üstünlük təşkil edir ki, onlar da hazırkı iqtisadi vəziyyətdən asılıdır", - reytinq agentliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Moody`s" ekspertlərinin rəyinə görə, federal hakimiyyətin maliyyə dəstəyi vergi yığımlarındakı azalmanı tam kompensasiya edə bilməz. Qeyd edilib ki, Rusiya Federasiyası subyektlərinin büdcə gəlirləri iqtisadiyyatın bərpa olunması, inflyasiyasının qarşısının alınması, vergilərin yığılmasında müsbət tendensiyanın davam etməsi və mərkəzi hökumətin transfertləri sayəsində 2021-ci ildə bərpa olunacaq.