Nazim Quliyev, "Azərsun Holdinq" Şirkətlər Qrupu Hüquq direktorluğunun rəhbəri
İqtisadiyyatın inkişafı və sahibkarlara dəstək verilməsi ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə Vergilər Nazirliyi də son dövrlərdə böyük işlər görmüşdür. Hazırda vergi inzibatçılığının təkmilləşdirilməsi, şəffaflığın artırılması, elektron xidmətlərin tətbiq sahəsinin genişləndirilməsi, sahibkarların vergi yükünün azaldılması ilə bağlı nazirliyin apardığı ciddi islahatlar iş adamları və vətəndaşlar tərəfindən bəyənilməkdədir. Xüsusən özəl şirkətlərdə çalışan işçilərin əməkhaqqından tutulan 14 faiz gəlir vergisi ilə bağlı güzəşt çox müsbət qarşılanmışdır. Ümidvarıq ki, vergilər sahəsində aparılan islahatlar ölkə iqtisadiyyatının yüksəldilməsinə güclü təkan verəcək.
Fürsətdən istifadə edərək, "Azərsun Holdinq" Şirkətlər Qrupunun rəhbərliyi və çoxsaylı işçi kollektivi adından Vergilər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirəm, çətin və şərəfli işlərində uğurlar arzulayıram.