Ötən ay gümüş istehsalı artıb

2020.07.29 14:13 (UTC+04:00)

İyunda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 378,1 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 29,7 kiloqram çox olub.

İyulun 1-nə olan vəziyyətə hazır gümüş ehtiyatı 416,6 kiloqram təşkil edib.