Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

2020.07.28 15:03 (UTC+04:00)

İyunda mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 657,1 kiloqram olub.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, bu göstərici əvvəlki ayla müqayisədə 63,4 kiloqram artıb.

İyulun 1-nə olan vəziyyətə əsasən, 676,1 kiloqram hazır məhsul ehtiyatı var.