İlin birinci yarısında ölkədən avtomobil nəqliyyatı ilə 668,3 min ton yük göndərilib

2020.07.27 16:19 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 668,3 min ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 1 milyon 144,6 min ton təşkil edib.