İyunda ölkədəki POS-terminalların sayı artıb

2020.07.27 10:03 (UTC+04:00)

İyulun 1-nə ölkədə fəaliyyət göstərən POS-terminalların sayı 55 min 631 ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici may ayı ilə müqayisədə 604 ədəd çoxdur. POS-terminalların 36 min 326-sı Bakıda, 19 min 305-i regionlarda quraşdırılıb.