İyulun 1-nə ölkədə bank müştərilərinin sayı 8 milyon 465 min 977 nəfər təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bank müştərilərinin sayında ötən ayla müqayisədə 218 min 422, ilin əvvəlinə nisbətən isə 448 min 396 artım olub. Bank müştərilərinin 8 milyon 354 min 596 nəfəri fiziki, 111 min 381 nəfəri hüquqi şəxslərdir.