1995-2019-cu illərdə Azərbaycanın neft sektoruna 106 milyard dollardan çox investisiya yatırılıb

2020.07.24 16:34 (UTC+04:00)

1995-2019-cu illərdə Azərbaycanın neft sektoruna yatırılan ümumi investisiya 106 milyard dollarəı ötüb.

Energetika Nazirliyindən bildirilib ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edərkən deyib.

Nazir bildirib ki, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlar blokundan indiyə kimi 514 milyon ton neft, “Şahdəniz”dən isə 127 milyard kubmetr qaz və 29 milyon tona yaxın kondensat hasil olunub. 1995-2019-cu illərdə Azərbaycana qoyulan 140 milyard dollardan çox xarici investisiyanın 85 milyard dolları neft sektoruna cəlb edilib. Bu müddətdə neft sektoruna yatırılan ümumi investisiya isə 106 milyard dollardan çox olub.