Vergi ödəyicilərinə xidmətin keyfiyyəti diqqət mərkəzindədir

2019.02.12 13:31 (UTC+04:00)

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov qeyd edib ki, bu, həm vergi ödəyiciləri ilə münasibətlərin düzgün qurulmasına və qarşıya çıxan çətinliklərin rahat şəkildə aradan qaldırılmasına, həm də düzgün təhlillərin aparılmasına və qiymətləndirmələrə geniş imkan yaradır. Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə daim texnoloji yeniliklər tətbiq olunur. Vergilər Nazirliyinin Çağrı Mərkəzi vergi ödəyicilərinin müntəzəm müraciət etdiyi və çox geniş auditoriyası olan bir sistemdir. Bundan başqa, sahibkarlara Vergi ödəyiciləri xidmət mərkəzləri vasitəsilə çoxşaxəli köməkliklər göstərilir.

E.Məmmədov vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətlərlə bağlı vurğulayıb ki, bu, hansısa səbəblərdən xidmət mərkəzlərinə gedə bilməyənlərə, yaxud yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərini əhatə edir: "Elə vergi ödəyiciləri var ki, onlar vergi qanunvericiliyinin tələblərini lazımi səviyyədə bilmir, yaxud yeniliklərdən xəbərsizdirlər. Belə hallarda biz özümüz həmin vergi ödəyicilərinə ünvanlı xidmət göstəririk ki, onlar bizneslərini qanunun tələblərinə uyğun qura və inkişaf etdirə bilsinlər".

Elxan SALAHOV